Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycan bankı tikinti sektorunda kredit portfelini ikiqat artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bankı tikinti sektorunda kredit portfelini ikiqat artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il PAŞA Bank qrupunun (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) tikinti sektoruna ayırdığı kreditlər 2 dəfə artıb.   

Reklam_3_11

Marja qrupun konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il PAŞA Bank tərəfindən tikinti sektorundakı müştərilərə ayrılmış kreditlər 113 milyon 531 min manat artaraq 223 milyon 634 min manata çatıb. 2018-ci ilin sonunda Bankın tikinti sektorunda kredit portfeli 110 milyon 103 min manat idi.

Müştəri sektorlarına görə kredit portfelinə nəzər saldıqda aydın olur ki, PAŞA Bank ən çox krediti ticarət və xidmət sektoruna ayırıb.Ötən il ticarət və xidmət sektoruna verilmiş kreditlər 180 milyon 895 min manat artaraq 889 milyon 367 min manata çatıb.

Ötən il PAŞA Bank tərəfindən istehsal sektoruna verilmiş kreditlər 146 milyon 463 min manat artaraq 322 milyon 285 min manata, kənd təsərrüfatına verilmiş kreditlər isə 41 milyon 694 min manat artaraq 167 milyon 688 min manata çatıb.

2018-ci illə müqayisədə ötən il PAŞA Bank qrupu tərəfindən müştərilərə verilən kredtilr 33% artaraq 2 milyard 363 milyon 909 min manata yüksəlib.

06.05.2020 12:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ