Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"BakuBus"ın nizamnamə kapitalının artırılması üçün audit keçiriləcək

“Nexia EA” şirkəti "BakuBus"ın 2019-cu il üzrə Maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi və nizamnamə kapitalının artırılması üçün audit rəyinin verilməsi xidmətləri məqsədilə cəlb olunub
iç səhifə xəbər başlığı altı (mobil)_31
"BakuBus"ın nizamnamə kapitalının artırılması üçün audit keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"BakuBus" MMC-nin 2019-cu il üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi və nizamnamə kapitalının artırılması üçün audit rəyinin verilməsi xidmətlərinin satın alması üçün keçirilmiş tenderin qalibi “Nexia EA” QSC olub.

Marja xəbər verir ki, "BakuBus" MMC “Nexia EA” QSC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 17 min 700 manatdır.

“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir. 

BakuBus Nexia EA audit rəyi
06.05.2020 15:03

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ