İcra başçısı vəzifəsindən azad edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcra başçısı vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Marja xəbər verir ki, sərəncamla Vilyam Fərhalı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xatırladaq ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib.

V.Hacıyev 1957 -ci ildə Xanlar (indiki Göygöl ) şəhərində anadan olub. O, 2012-ci il aprelin 14-dən İmişli rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

V.Hacıyev daha əvvəl müxtəlif vaxtlarda Göygöl (keçmiş Xanlar) Rayon İcra hakimiyyətinin və Samux rayon İcra Hakimiyyətinin başçısı olub.

İmişli Vilyam Hacıyev
06.05.2020 15:32

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ