Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Şamaxıda yol kənarında müasir restoranlar tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şamaxıda yol kənarında müasir restoranlar tikilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı-Şamaxı-Yevlax, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yollarının kənarında fəaliyyət göstərən köhnə və şəraitsiz rest­oran, kafe və çay evləri sökülərək yerində müasir obyektlər tikilir.

Bakıdan bölgələrə və əks istiqamətə gedən turistlərə, sürücü və sərnişinlərə müasir tələblərə uyğun xidmətin göstərilməsi üçün həmin obyektlərin sahiblərinə uyğun şərait yaradılması tövsiyə edilib. Yeni qərara uyğun olaraq bəzi sahibkarlar müasir standartlara cavab verməyən köhnə və şəraitsiz obyektləri sökməyə başlayıblar.

Reklam_3_11

Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əli­yev bildirib ki, yol kənarında eləcə də digər ərazilərdə ­bu cür iaşə obyektlərinin sökülərək yenidən tikilməsinə səbəb rayonlarda turizmin inkişafına də­stək olmaqdır: "Həmin obyektlərə baxış keçirilib və sahibkarlara müasir stan­dartlara uyğun layih­ələr təqdim olub, işlərə başlanılıb. Bizim bu prosesi başlatmaq­da əsas məqsədimiz yerli və xarici turistlərin bölgələrə səfəri zamanı onlara stan­dartlara uyğun keyfi­yyətli xidmətin göst­ərilməsini təmin etm­əkdən ibarətdir".

Baş memar həmçinin bil­dirib ki, söküntü və tikinti işlərinin ma­liyyə xərclərini sahi­bkarlar özləri qarşılayır.    

Qeyd edək ki, ilkin mərhə­lədə Şamaxı ilə yana­şı, Qobustan, Ağsu, İsmayıllı və Qəbələ rayonları ərazisindən keçən ölkə əhəmiyyət­li avtomobil yollar­ının kənarlarında uyğun­suz hesab edilən büt­ün köhnə kafe və restoranl­ar söküləcək.

APA

06.05.2020 16:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ