Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Prezidentdən məhkəmələrə yeni təyinatlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezidentdən məhkəmələrə yeni təyinatlar

Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası və Mülki Kollegiyası sədrlərinin vəzifələrindən azad edilməsi haqqında" Sərəncam imzalayıb.

Marja xəbər verir ki, Sərəncam ilə, Şahin Yaşar oğlu Yusifov öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən,  Şəlalə Ağakərim qızı Məmmədova öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilib.

Prezident  "Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında" Sərəncam imzalayıb. 

Sərəncam ilə, Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin ediliblər. 

Azərbaycan Respublikasının Prezidenti "Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında" da Sərəncam imzalayıb.

Bu sərəncam ilə, aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:

Bakı Apellyasiya Məhkəməsi üzrə:

Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri

Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri

Qurbanov Raqib Əliddin oğlu - Kommersiya Kollegiyasının sədri

Gəncə Apellyasiya Məhkəməsi üzrə:

Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri

Rzaquliyev Şamil Qəhrəman oğlu - Kommersiya Kollegiyasının sədri

Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:

Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri

Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri

Şirvan Apellyasiya Məhkəməsi üzrə:

Həsənov Müşfiq Kamil oğlu - İnzibati Kollegiyanın sədri

Kərimov Tale Suliddin oğlu - Kommersiya Kollegiyasının sədri

Şəki Apellyasiya Məhkəməsi üzrə:

Rəfiyev Rövşən Rafiq oğlu - İnzibati Kollegiyanın sədri

Hüseynov Elçin Şirin oğlu - Kommersiya Kollegiyasının sədri

Çingiz Əsgərov Hafiz Nəsibov Xəqani Məmmədov Kəmalə Abiyeva Sənan Hacıyev Ali Məhkəmə Apellyasiya məhkəmələri
06.05.2020 16:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ