Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Rusiya və İran daxil bəzi ölkələrdən quş əti gətirilməsinə icazə verildi

Yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırdabuynuzlu heyvanların çiçək və blutanq xəstəlikləri ilə əlaqədar Rusiya, Tatarıstan, Çuvaşiya, Bolqarıstan, İran, Almaniya, İsrail, Çeçenistan, Gürcüstan, Qazaxıstan və Almaniyanın bir sıra inzibati ərazilərindən diri quş və quş məhsullarının, iribuynuzlu heyvanlar və onların məhsullarının, heyvan və heyvan mənşəli məhsulların, xırdabuynuzlu heyvanlar və onların məhsullarının, diri heyvan və genetik materialların idxalına qoyulmuş müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya və İran daxil bəzi ölkələrdən quş əti gətirilməsinə icazə verildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan müvəqqəti məhdudiyyətlərlə bağlı məlumat yayıb.

AQTA-dan verilən məlumata görə, məlumatda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb.

Bildirilib ki, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatıb və ölkələrin sağlamlıq statusu bərpa olunub.

“Bununla əlaqədar müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxmaq zərurəti yaranıb.

Bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatları nəzərə alınaraq, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması ilə bağlı tətbiq olunan bəzi müvəqqəti məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb. Qərara əsasən yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırdabuynuzlu heyvanların çiçək və blutanq xəstəlikləri ilə əlaqədar Rusiya, Tatarıstan, Çuvaşiya, Bolqarıstan, İran, Almaniya, İsrail, Çeçenistan, Gürcüstan, Qazaxıstan və Almaniyanın bir sıra inzibati ərazilərindən diri quş və quş məhsullarının, iribuynuzlu heyvanlar və onların məhsullarının, heyvan və heyvan mənşəli məhsulların, xırdabuynuzlu heyvanlar və onların məhsullarının, diri heyvan və genetik materialların idxalına qoyulmuş müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda yüksək və zəif patogen quş qripi xəstəliyi qeydə alınmış Polşa, Çexiya, Macarıstan, Slovakiya, Almaniya, Rumıniya, Ukrayna, Danimarka, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Hindistan və ABŞ-ın bir sıra ərazilərindən diri quş və quş məhsullarının idxalında OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipinin tətbiqinə uyğun olaraq icazə verilib.

Eyni zamanda müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub”, - deyə məlumatda qeyd olunub.

06.05.2020 17:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ