Normal fəaliyyətləri üçün 659 milyon manat tələb olunur
Lisenziyaları ləğv olunmuş Atabank və Amrahbank və müvəqqəti inzibatçının təyin olunduğu Azəriqazbank və NBC Bankın normal fəaliyyət göstərmələri üçün ən azı 659 milyon manat tələb olunur.
Marja-nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
"Normal fəaliyyət göstərmələri üçün Atabanka 264 milyon manat, Amrahbanka 127 milyon manat, Azəriqazbanka 195 milyon manat, NBC Banka 73 milyon manat vəsait tələb olunur. Bu banklar kapitallarını tamailə itiriblər",- Mərkəzi Bankın sədri bildirib.
Onun sözllərinə görə bu 4 bankda əhalinin 680 milyon manatdan yuxarı əmanəti var:
“Biz 680 milyon manatdan yuxarı əmanəti diriltməklə, iqtiadiyyata qaytarmaqla kreditləşmə potensialı yaradacağıq və insanlar bu potensialdan istifadə edəcəklər”.
Həmçinin oxu
“AGBank və NBC Bankda da vəziyyət ürəkaçan deyil”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 14 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib