Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul edəcək
Gürcüstan iyulun 1-dən xarici turistlərin qəbuluna başlaya bilər.
Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirib.
O qeyd edib ki, həmin tarixdən etibarən Gürcüstan xarici turistlərin qəbuluna tam hazır olacaq və bu sahədə artıq qonşu ölkələrlə müzakirələrə başlanılıb.
“Biz qonşu ölkələrlə təhlükəsiz dəhlizlərin yaradılması istiqamətində iş aparırıq. Bu sahədə danışıqlara artıq başlanılıb”, - deyə baş nazir bildirib.
Gürcüstanda turizmin üç mərhələdə bərpası planlaşdırılır. İlk mərhələdə turizm müəssisələrinin işçilərinə təlimlərin keçirilməsi, iyunun 15-də başlayacaq ikinci mərhələdə yerli turizmin açılması, iyulun 1-dən isə üçüncü mərhələyə – xarici turistlərin qəbuluna başlanması planlaşdırılır.
Gürcüstanda koronavirusdan təhlükəsiz turizm zonalarının yaradılması planlaşdırılır. Sözügedən zonaların xüsusilə müalicəvi turizm bölgələri olan Tskaltubo, Qudauri, Sairme, Abastumani və Borjomi rayonlarında yaradılması nəzərdən keçirilir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
-
13 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
16 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
18 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl