Mobil manşet üstü reklam_21

Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan iyulun 1-dən xarici turistləri qəbul edəcək

Gürcüstan iyulun 1-dən xarici turistlərin qəbuluna başlaya bilər. 

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirib. 

O qeyd edib ki, həmin tarixdən etibarən Gürcüstan xarici turistlərin qəbuluna tam hazır olacaq və bu sahədə artıq qonşu ölkələrlə müzakirələrə başlanılıb.

“Biz qonşu ölkələrlə təhlükəsiz dəhlizlərin yaradılması istiqamətində iş aparırıq. Bu sahədə danışıqlara artıq başlanılıb”, - deyə baş nazir bildirib.

Gürcüstanda turizmin üç mərhələdə bərpası planlaşdırılır. İlk mərhələdə turizm müəssisələrinin işçilərinə təlimlərin keçirilməsi, iyunun 15-də başlayacaq ikinci mərhələdə yerli turizmin açılması, iyulun 1-dən isə üçüncü mərhələyə – xarici turistlərin qəbuluna başlanması planlaşdırılır.

Gürcüstanda koronavirusdan təhlükəsiz turizm zonalarının yaradılması planlaşdırılır.  Sözügedən zonaların xüsusilə müalicəvi turizm bölgələri olan Tskaltubo, Qudauri, Sairme, Abastumani və Borjomi rayonlarında yaradılması nəzərdən keçirilir.

APA

 

Gürcüstan turizm
07.05.2020 14:58

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ