Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gürcüstan iş adamlarının Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan iş adamlarının Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstan iş adamlarının, orta və kiçik sahibkarlıqla məşğul olan bir qrup şəxsin bu il may ayının sonunda Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.

Bu sözləri  açıqlamasında Avropa İttifaqı - Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze deyib.

Reklam_3_11

Onun sözlərinə görə, buna koronavirusla bağlı təhlükənin hələ tam sovuşmaması səbəb olub.

“Əvvəl fikirləşirdik ki, mayın sonunadək vəziyyət normallaşar və biz Azərbaycana səfəri həyata keçirərik. Lakin son vəziyyət göstərir ki, hələlik bu səfəri reallaşdırmaq mümkün olmayacaq”, - deyə Z.Çumberidze vurğulayıb.

Baş katib deyib: “Martın 5-də Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumu iki ölkənin iş adamları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar açıb. Tərəflər bundan maksimum istifadə etməli və iqtisadi əlaqələri daha da genişləndirməlidirlər”.

Azərtac

08.05.2020 07:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ