Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bank sektorunda mənfəətin 90 faizə yaxını “balinaların” payına düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sektorunda mənfəətin 90 faizə yaxını “balinaların” payına düşüb

2020-ci ilin ilk rübünü Azərbaycanda fəaliyyət göstərmiş 30 bankdan 22-si xalis mənfəət, 8-i isə xalis zərər ilə başa vurub.  

Marja-nın hesablamasına görə, mənfəət açıqlamış 22 bankın cəmi xalis mənfəəti 177 milyon 388 min manat təşkil edib. Diqqəti cəlb edən bu mənfəətin 80%-nin aktivlərinin həcminə görə ən böyük 5 bank tərəfindən götürülməsidir.

Belə ki, 177 milyon 388 min manat xalis mənfəətin 141 milyon 367 min manatı və ya 80%-i 5 bankın, 36 milyon 21 min manatı və ya 20%-i 17 bankın payına düşüb. Eyni zamanda 8 bank zərərdədir.

Mənfəət və zərər rəqəmləri Azərbaycanın bank sektorunda təmərküzləşmənin olduğuna işarə edir. Bir neçə iri bankın gəlirləri və mənfəəti sürətlə artarkən, çoxlu sayda bank gəlir və mənfəət təmin etməkdə çətinlik çəkir.

Mərkəzi Bankın məlumatına görə, 2020-ci ilin ilk rübündə bank sektorunun xalis mənfəəti 163 milyon manat təşkil edib. Bank sektorunun xalis mənfəətinin 86,7%-i ən böyük 5 bankın payına düşüb.

xalis mənfəət xalis zərər bank sektoru
08.05.2020 08:55

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ