Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

BVF: Qlobal iqtisadi vəziyyət Apreldən bəri pisləşib

iç səhifə xəbər başlığı altı (mobil)_31
BVF: Qlobal iqtisadi vəziyyət Apreldən bəri pisləşib

Beynəlxalq Valyuta Fondunun (BVF, IMF) baş iqtisadçısı üç həftə əvvəlki son təxmindən bu yana qlobal iqtisadi vəziyyətin daha da pisləşdiyini və maliyyə bazarlarında daha çox çalxanış yaşana biləcəyini söyləyib.

Marja xəbər verir ki, Fondun baş iqtisadçısı Gita Gopinath, inkişaf edən bazarların maliyyə ehtiyacının böyük bir ehtimalla əvvəlki təxmini 2.5 trilyon dollardan daha çox olacağını bildirib. 

Reklam_3_11

Gopinath, "Bu böhranın yaxın bir zamanda itməyəcəyini bilirik. İşlər pisə gedə bilər. Virus böhranı həll edilmiş deyil" deyib. 

IMF 14 Apreldəki hesabatında qlobal ümumi daxili məhsulun bu il 3% azalacağını nəzərdə tutmuşdu. Bu əsas ssenaridəki fərziyyə, pandemiyanın ilin ikinci yarısında təsirini itirəcəyi və nəzarət altına alınması üçün tətbiq edilən tədbirlərin pilləli olaraq azaldılacağına əsaslanırdı. Gopinath bu ssenarinin artıq daha çox az mümkün olduğunu vurğulayıb.

IMF-nin Aprel hesabatında, pandemiyanın gözləniləndən uzun davam etdiyi, 2021-də geri döndüyü, ya da hər ikisinin də reallaşdığı üç alternativ ssenari də yer alıb. Təşkilata görə, pandemiyanın uzun müddət davam etdiyi ssenaridə qlobal iqtisadiyyat 8% azala bilər.

Bəzi ölkələrin borclarını ödəməkdə çətinlik çəkəcəyi gözlənilir.

Beynəlxalq Valyuta Fondu imf
08.05.2020 11:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ