Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Fiziki şəxslər də qanunun tələblərini yerinə yetirdikdən sonra vəsaitlərini nağd çıxara bilərlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fiziki şəxslər də qanunun tələblərini yerinə yetirdikdən sonra vəsaitlərini nağd çıxara bilərlər"

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) fiziki şəxslərin banklarındakı cari və əmanətlərin hesablarından vəsaitlərini çıxarmasına heç bir əlavə məhdudiyyət və yaxud rejim tətbiq etməyib.

 

Reklam_3_11

Bunu Palatanın Direktorlar Şurası sədirnin müşaviri Rüfət Abbasov bildirib.

 

Xatırladaq ki, son günlər bankların fiziki şəxs olan müştərilərinin cari və əmanət hesabları ilə bağlı nağdlaşdırma əməliyyatlarında qadağalarla üzləşməsi barədə söz-söhbət yayılıb. R.Abbasovun sözlərinə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu baxımdan hüquqi şəxslərlə analogiya təşkil etdiyindən “Nağdsız hesablaşmalar haqqında” qanundan irəli gələn müvafiq rejim onların açdıqları bank hesablarına da tətbiq edilir. Yəni, sahibkar fiziki şəxslər də vəsaitlərini hüquqi şəxslərdə olduğu kimi qanunun müvafiq tələblərini yerinə yetirdikdən sonra nağd şəkildə çıxara bilərlər.

 

“Bu rejim yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin VÖEN əsasında açdıqları hesablara şamil edilir, fiziki şəxslərin digər cari hesablarına və əmanət hesablarına aid deyil”, - deyə R.Abbasov qeyd edib.

 

Başqa sözlə, banklarda cari və əmanət hesabları olanlar pullarını problemsiz götürə bilərlər. 

 

© Report

14.04.2017 12:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ