Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

AccessBank-a yeni sədr təyin olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank-a yeni sədr təyin olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmannın beş illik səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, Bankın Səhmdarların Ümumi Yığıncağının qərarı ilə bu vəzifəyə Rolf Reichardt təyin olunub. Bu barədə "Marja"ya Bankdan bildirilib.

 

Doktor Rolf Reichardt 2014-cü ildən AccessBank-da Maliyyə üzrə İcraçı Direktor vəzifəsində çalışıb.

 

“AccessBank-ın güclü komandası ilə çalışacağımdan və əvvəlki sədrin uğurlu fəaliyyətini davam etdirməkdən çox məmnunam. Azərbaycanın aparıcı banklarından biri olaraq biz hər zaman olduğu kimi müştərilərimizə müasir və etibarlı maliyyə xidmətləri təqdim edəcəyik” – Rolf Reichardt öz şərhində bildirib.

 

AccessBank-da iş fəaliyyətindən öncə Rolf Reichardt 20 ildən artıq Almaniyanın bir sıra iri banklarında risklərin idarə edilməsi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb.

14.04.2017 15:39

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ