Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Kreditlərin 85%-i Bakıda cəmləşib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kreditlərin 85%-i Bakıda cəmləşib

"2016-cı ildə görülən bütün tədbirlərə baxmayaraq, kənd təsərrüfatının ÜDM-də payı 5,6% olub, bu isə çox aşağı göstəricidir". Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib.

 

Onun sözlərinə görə, bu gün ixracın yalnız 1,3%-i kənd təsərrüfatının payına düşür, bu isə ölkənin potensialından qat-qat aşağıdır. "Ümumi kredit portfelinin yalnız 2,7%-i kənd təsərrüfatının payına düşür. Kreditlərin 85%-i Bakıda cəmləşib. Gəncə və Sumqayıtı da nəzərə alsaq, bu rəqəm 90%-ə çatır. Buradan da görünür ki, sektorların və regionların diversifikasiyası üçün kredit qoyuluşlarında problemlər mövcuddur", - deyə S. Kələşov qeyd edib.

S. Kələşov ucqar ərazilərdə yaşayan əhalinin maliyyə resurslarına çıxışında yaranan problemlərdən də danışıb: "Maliyyə resurslarına çıxış zamanı yaranan problem məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Xüsusilə də regionlarda mikrokreditlərə ehtiyac var. Bu baxımdan mikromaliyyə institutlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir".
 

Kənd təsərrüfatının iqlim dəyişikliklərindən asılı olduğunu qeyd edən S. Kələşov bu sahənin mürəkkəb və çox riskli olduğunu bildirib. "Bu sahənin inkişafı üçün sistemli və hərtərəfli tədbirlər görülməlidir. Dövlət proqramları çərçivəsində kənd təsərrüfatı sektorunun hərtərəfli inkişafına baxmayaraq, icra zamanı qarşıya çıxan əngəllər sürətli inkişafa maneə törədir. Bu baxımdan müvafiq icra qurumlarının töhfəsi mütləqdir. Yalnız bu zaman iqtisadiyyat inkişaf edə, rəqabətli və dinamik ola bilər", - deyə o bildirib.

 

© APA

 

14.04.2017 15:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ