Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Manat daha sürətlə dəyərdən düşə bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Manat daha sürətlə dəyərdən düşə bilər"

Ötən il FED-in uçot dərəcələrinin artırılması ilə bağlı qərarının ardından dekabrın 21-də manatın kəskin devalvasiyaya uğradı. Bu il də təxminən eyni ərəfədə FED-in analoji qərarı verməsi insanları təlaşa salıb. Gözlər 21 dekabra dikilib. Yenidən devalvasiya ola bilərmi?

 

İqtisadçı-ekspert Natiq Cəfərli isə kəskin devalvasiya ehtimalının az olduğunu hesab edir: “Psixoloji baxımdan belə bir gözlənti yaranıb ki, FED-in qərarından sonra Azərbaycanda da manatla bağlı vəziyyət gərgin olacaq. Həm də ona görə ki, insanların valyutaya çıxış imkanları məhdudlaşıb, insanlar dollar ala bilmirlər. Bu da ajiotajın yaranmasına səbəb olub. Kəskin devalvasiya onsuz da ağır vəziyyətdə olan bank sektorunu tamamilə iflic edə bilər. Bu da iqtisadiyyata daha çox ziyan vura bilər. Lakin burada bir məsələ də var ki, son günlərə milli valyutamızın sürətlə dəyərdən düşməsi müşahidə oluna bilər. 

               

Bu gün hərrac var və bu hərracdan çıxan nəticə də maraqlıdır. Bu hərracdan sonra məzənnənin hansı sürətlə artacağı bəlli olacaq. Kəskin devalvasiyaya gəlincə belə bir ehtimal var, lakin çox aşağıdır. Ən böyük ehtimal odur ki, manat daha sürətlə dəyərdən düşə bilər. Bu anlamda gələn il üçün daha ciddi təhlükə var. Gələn il Mərkəzi Bankın tam üzən məzənnəyə keçidlə bağlı qərarı var. Bu  zamana Mərkəzi Bankın müdaxiləsinə qətiyyən yol verilməyəcək. Ancaq Neft Fondunun valyuta birjasına çıxışlarının təsiri olacaq. Neft Fondu isə kifayət qədər məhdud həcmdə valyuta sata bilər. Gələn ilin büdcə layihəsinə baxdıqda görürük ki, Neft Fondu təxminən 4 milyard dollardan bir qədər çox valyuta sata bilər. Bu da ölkənin ehtiyaclarını ödəmir. Bu baxımdan 2017-ci ildə daha çox problemlərin yaşanacağı proqnozlaşdırılır”.

20.12.2016 05:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ