Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ULDUZ Şokolad Fabriki - "İlin qənnadı fabriki” seçildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ULDUZ Şokolad Fabriki - "İlin qənnadı fabriki” seçildi

Ulduz Şokolad Fabriki Beynəlxalq “Caspian Energy Award - 2016” və “Caspian Business Award - 2016” Mükafatlarına layiq görülmüşdür.

 

Reklam_3_11

Bakıda baş tutan “4-cü Beynəlxalq Caspian Energy Forum-2017”də Ulduz Şokolad Fabriki 2017-ci ilin “İlin qənnadı fabriki” nominasiyasına layiq görülmüşdür.

 

Tədbirdə çıxış edən Ulduz Şokolad Fabrikinin direktoru Mahir Balasıyev əsas məqsədin yerli bazarla yanaşı xarici bazarlarda da beynəlxalq standartlara cavab verən keyfiyyətli və  rəqabət qabiliyyətli məhsul istehsal etmək olduğunu vurğulayıb.

 

M.Balasıyev həmçinin bildirmişdir ki, fabrik Beynəlxalq Qida sərglərində ölkəmizi “Made in Azerbaijan” brendi altında uğurla təmsil edərək keyfiyyətdə fərqlənmə mükafatlarına layiq görülüb.

 

 “Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq hər il Almaniya, Rusiya, Hollandiya, İran, BƏƏ və bir sıra digər ölkələrdə keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir” deyə fabrik rəsmisi əlavə etdi.  

 

Qeyd edək ki, “Caspian Energy Award” və “Caspian Business Award” beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən, Xəzər Qara dəniz və Baltik regionlarında il ərzində əldə etdiyi nailiyyətlərə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. 

14.04.2017 17:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ