Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qida məhsullarının istehsalında 3,4 faiz artım!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qida məhsullarının istehsalında 3,4 faiz artım!

Cari ilin yanvar-mart aylarında ölkə sənayesinin emal sektorunda qida məhsullarının istehsalında 3,4 faiz artım olub.

 

Dövlət Statistika Komitəsindən bildirilib ki, içkilərin istehsalı 37,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,4 dəfə, geyim istehsalı 2 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 42,4 faiz, tikinti materiallarının istehsalı 50,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 3,8 faiz, kompüter və elektron məhsulların istehsalı 2,2 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,9 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 24,7 faiz, mebel istehsalı 56,5 faiz artıb.

 

Həmin dövr ərzində tütün məmulatlarının istehsalı 58,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54 faiz, kağız və karton istehsalı 3,3 faiz, poliqrafiya məhsullarının istehsalı 63,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 4,3 faiz, hazır metal məmulatlarının istehsalı 21 faiz, maşın və avadanlıqların istehsalı 42,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9 faiz azalıb.

 

Bundan başqa, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7 faiz azalıb.

15.04.2017 07:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ