Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Amazon-un ABŞ pərakəndə sektorundakı payı 2021-də 50 faiz olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Amazon-un ABŞ pərakəndə sektorundakı payı 2021-də 50 faiz olacaq

Amerikanın e-ticarət nəhəngi Amazon-un ABŞ-ın pərakəndə sektorunda bazar payının 2021-ci ildə  50%-ə çıxmasının nəzərdə tutulduğu bildirilir.


 
"Marja" xəbər verir ki, ABŞ-ın investisiya bankçılığı və aktivlərin idarə edilməsi şirkət "Needham & Company"nin araşdırma hesabatında, 2016-da Amerika pərakəndə sektorunda 34 faiz payı olan e-ticarət şirkəti Amazon-un sektordakı bazar payının 2021-də 50%-ə çıxmasının təxmin edildiyi qeyd olunub.
 

Reklam_3_11


 Amazon-un "Prime" adı verilən xidmətinə, mobil cihazlarda istifadəsinə və üçüncü partiya satıcıların Amazon üzərindən ticarət aparmasındakı artıma diqqət çəkilən hesabatda, "Amazon-un ABŞ-dakı hakimiyyətinin davamlı olduğuna inanırıq". ifadəsi istifadə edilib.


 
Hesabatda, həmçinin, Amazon-un Nyu-York Birjasında təxminən 900 dollara əməliyyat görən bir səhminin dəyərinin də bu il 1100 dollara qədər çıxmasının təxmin edildiyi məlumatına yer verilib.


 
Hesabata görə, ötən il ABŞ-ın pərakəndə sektorunda Amazon-dan sonra e-ticarət şirkəti eBay 7,7%-lik bazar payı ilə 2-ci sırada, Walmart isə 5%-dən aşağı bazar payı ilə 3-üncü sırada yer alıb.


 
Nyu-york Birjasında ötən həftə Amazon-un bir səhminin qiyməti 923 dolların üzərinə çıxaraq rekord qırmışdı. Şirkətin səhmləri son 12 ay ərzində 50% bahalaşıb.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

15.04.2017 07:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ