Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank of Baku ehtiyatlanmaqda davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank of Baku ehtiyatlanmaqda davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank of Baku ASC ehtiyatlanmaqda davam edir.

 

“Marja” xəbər verir ki, ötən il mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 117 milyon  659 min manat ayırmış Bank of Baku, bu ilin birinci rübündə ehtiyatlara 18 milyon 708 min manat ayırıb.

 

Ehtiyatlar bankın təhlükəsizlik yastığıdır. Böyük ehtiyata malik olan bank daha dayanıqlı olur. Bank of Baku erkən davranaraq böyük ehtiyat yaradır.

 

Ehtiyatlar qısa şəkildə izah edilərsə bankın fəaliyyəti ərzində mümkün zərərlərinin qarşılanması məqsədilə ayrılır. Belə izah etsək ki, bank tərəfindən aktivləri üzrə hər hansı gecikmə və ya geri qayıtmama ehtimalı (riski) artdığı halda, bankın bu zərərini qarşılamaq məqsədilə ehtiyatlar (rezervlər) ayrılmağa başlayır. Bu ehtiyatların ayrılması əlbəttə ki, müəyyən meyarlar əsasında aparılır. Aktivlərin gecikmə günləri üzrə riski artdıqca, uyğun olaraq bu zərərləri qarşılaya biləcək ehtiyatların faizləri də artır. Qeyd olunan ehtiyat faizlər üzrə ehtiyat məbləğləri üzrə hesablanaraq ehtiyatlanmanın yaradılması aparılır.

 

Bankın açıqldığı maliyyə hesabatlarından məlum olur ki, 2017-ci ilin yanvar-mart aylarında Bank of Bakunun cəmi gəlirləri 18 milyon 796 min manat təşkil edib. Bank ehtiyatların yaradılmasına 18 milyon 708 min manat nəzərdə tutduğundan ilk rüb 11 milyon 643 min manat zərər ilə başa vurulub.

 

31 Mart 2017-ci il tarixinə Bank of Baku 493 milyon 701 min manat cəmi aktivlərə, 431 milyon 392 min manat cəmi öhdəliklərə, 62 milyon 309 min manat cəmi öhdəliklərə malik olub. Ötən ilin sonunda Bank 549 milyon 609 min manat cəmi aktivlərə, 476 milyon 741 min manat cəmi öhdəliklərə, 72 milyon 867 min manat cəmi kapitala malik idi.

15.04.2017 09:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ