Ən yuxarı statik reklam-3_3

“Abşeron”un ilk quyusundan sutkalıq 4,3 milyon kubmetr qaz hasil olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Abşeron”un ilk quyusundan sutkalıq 4,3 milyon kubmetr qaz hasil olunacaq

SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov, Fransanın “Total” şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Nicolas Brunet, eləcə də hər iki şirkətin nümayəndələri Neft Daşlarına işgüzar səfər ediblər.

 

“Abşeron” yatağında qazılacaq ilk quyudan hasil olunacaq sutkalıq 2000 ton kondensat və 4,3 milyon kubmetr qazın Neft Daşlarına, oradan da “28 May” NQÇİ-nin mövcud xətləri ilə sahilə nəqlinin mümkünlüyü ilə tanış olmaq məqsədi ilə qonaqlar “Neft Daşları” NQÇİ-nin Qaz-turbin elektrik stansiyasına, “28 May” NQÇİ-nin sıxıcı kompressor və qaz-separasiyası sahələrinə, tibb məntəqəsinə baxış keçiriblər.

 

“Neft Daşları” NQÇİ-nin konfrans zalında “Neftin və qazın hasilatında bütövlüyün idarə olunması və yoxlamalar” mövzusunda keçirilmiş geniş tərkibli müşavirədə yataqların cari vəziyyəti və perspektiv inkişafı, “Abşeron” yatağında qazılacaq ilk quyunun gündəlik məhsulunun ilkin mərhələdə sahilə nəql olunması barəsində fikir mübadiləsi aparılıb. Qarşılıqlı müzakirələrdən sonra belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.

15.04.2017 11:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ