Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakıda bu adla 50 market açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda bu adla 50  market açılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

0% KREDİTLƏ OFİS MEBELİ!

Reklam_3_11

 

Xəbər verdiyimiz kimi, “Azərsun Holdinq” endirimli market (discount market) seqmentinə daxil olub. Şirkət "Sərfəli” adlı ilk marketini istifadəyə verib.

 

Holdinqin direktoru Savaş Uzan “Marja”ya bildirdi ki,  keyfiyyətli məhsulları daha ucuz təklif etmək üçün yeni konseptdə marketlər şəbəkəsi yaradılır:

 

“Sərfəli” marketlərdə satılan məhsulların “Bazarstore”larda satılan məhsulların keyfiyyətindən fərqli olmayacaq. Belə konsept marketlər üçün marketinq və reklam xərcləri nəzərdə tutulmur, həmçinin iri marketlər ilə müqayisədə digər xərclər də aşağı olur. Xərclər az olduğundan məhsular da iri supermarketlər ilə müqayisədə ucuz satılır.

 

Savaş Uzan qeyd etdi ki, bu ilin sonunadək “Sərfəli” adında 50 marketin açılması planlaşdırılır:

 

“Biz küçədəki marketi alıb, üzərinə “Sərfəli” adını vurmayacağıq. Biz bunu istəmirik. Əgər “Azərsun” bir iş görürsə, mütləq keyfiyyətli olmalıdır. Marketlərin tərtibatı, xidmət və içərisində satılan məhsullar da keyfiyyətli olacaqdır.  Biz bu ilin sonuna qədər 50 “Sərfəli” market açmağı planlaşdırırıq. Növbəti ildə say daha da artırılacadır”.

 

Savaş Uzan əlavə etdi ki, bu gün Azərbaycanda istehlakçılar daha çox diskount marketlərə üstünlük verirlər.

 

Qeyd edək ki, endirim mağazası (Discount market) uzun zamandır istifadə edilən pərakəndə ticarət modelidir. Bu mağazalar ana prospektlərdə və ya icarə haqlarının yüksək olduğu ünvanlarda yerləşmirlər. Belə marketlərə məhəllə marektləri də demək olar. Endirim mağazalarında geniş tanınmamış markaların məhsullarının satılmasına üstünlük verilir.

 

İlk “Sərfəli” Market Bakıda “Olimpik Star”ın yaxınlığında istifadəyə verilib.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

15.04.2017 20:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ