Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Türk Lirəsi sürətlə dəyər qazandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk Lirəsi sürətlə dəyər qazandı

Türk Lirəsi (TL) dollar qarşısında, Türkiyə xalqının referendumda Prezidenti Rəcəb Tayyib Ərdoğanın icra gücünü artıran konstitusiya dəyişikliyini qəbul etməsindən sonra keçirilmiş ilk əməliyyatlarda sürətlə dəyər qazanıb. "Marja" xəbər verir ki,  "hə"  tərəfdarlarının az bir fərqlə qazanması, inkişaf edən bazar pulları arasında 2017-ci ildə ən pis performansı göstərən TL-yə marağı artıra bilər.


 
Türk Lirəsi dollar qarşısında 2.4 faiz bahalaşaraq 3.6188 səviysinə qədər dəyər qazanıb və 3 Yanvardan bu yana ən kəskin yüksəlişini həyata keçirib.


 
 Dollar/TL keçən həftə 3.7092 səviyyəsindən bağlanmışdı.


 
Məzənnə Bakı vaxtı ilə 06:20-də 3.6380 səviyyəsində əməliyyat olunub.

 

"QEYRİ-MÜƏYYƏNLİK ORTADAN QALXDI"


 
 İnvestorların böyük hissəsi, "hə" tərəfdarlarının  bu qələbəsininnin, keçən yaz baş verən uğursuz çevriliş cəhdi, kredit reytinqlərinin azaldılması və Türk Lirəsinin rekord səviyyəyə düşməsinin investorların Türk aktivlərinə "iştahanı" azaltmasından sonra, əlavə bir qeyri-müəyyənlik mənbəyinin ortadan qaldırdığını hesab edirlər.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

"Rabobank"dan Piotr Matys, "Referendum nəticəsi Türkiyə siyasətində qeyri-müəyyənliyi oartadan qaldırdı" deyib. Matys, Türk Lirəsinin dollar qarşısında 3.5561 və ardından da 3.40 səviyyəsinə düşməsini gözləyir.

 

"Bluebay Asset Management"in stajlı inkişaf edən bazar strateqi Tim Ash, "Türk bazarlarının ilk reaksiya olaraq "ralli" etməsini, sonra bu nəticənin (referendum nəticəsini) siyasət, iqtisadi siyasət və həmçinin aralarında ABŞ və Avroa Birliyinin olduğu kilid müttəfiqlərlə münasibətlərdə də nə mənaya gəldiyini anlamağa çalışmasını gözləyirəm" deyib.

 

Dünən Türkiyədə əsasən  prezident hökumət sistemi dəyişikliyini nəzərdə tutan referendum keçirilib.Seçicilərin 51.3 faiz konstitusiya dəyişikliklərinə "hə" deyib.

17.04.2017 04:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ