Bu gün SOCAR istiqrazlarının sahibləri ikinci ödənişi alacaqlar

Bu gün SOCAR istiqrazlarının faiz ödənişi sahiblərinin hesablarına oturacaq. SOCAR şirkəti faiz ödənişləri üçün istiqraz sahiblərinin bank hesablarına ümumilikdə 1 milyon 250 min dollar köçürəcək.

 

SOCAR İstiqrazlarının sahibləri hər bir istiqraz üçün 12,5 dollar qazanc əldə edirlər. Pul bank hesabına köçürüləndə istiqraz sahiblərinin mobil nömrələrinə SMS bildiriş gələcək. İstiqraz sahibləri bu pulları istədikləri vaxt və istədikləri formada xərcləyə bilərlər.

 

Marja” xəbər verir ki, bugünkü ödəniş SOCAR istiqrazları sahiblərinin aldığı ikinci ödənişdir. Nominal qiyməti 1000 (min) dollar olan istiqrazların illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. İlk faizlər yanvar ayının 17-də ödənilib. 2017-ci il ərzində SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişləri 17 iyul və 17 oktyabr tarixlərində baş tutacaq.

 

SOCAR İstiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *19 99 qaynar xəttinə müraciət etmək lazımdır.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

17 Aprel 2017, 07:19   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]