Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Neft, ABŞ-da quyuların sayının artması ilə ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, ABŞ-da quyuların sayının artması ilə ucuzlaşdı

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

Neft qiymətləri, ABŞ-da aktiv qazılan quyuların sayının ardıcıl 13-cü həftə də artması ilə əlaqədar olaraq aşağı enib.


 
"Marja" xəbər verir ki, "Baker Hughes Inc."ın açıqladığı məlumatlara görə, ABŞ-da qazılan neft quyularının sayı 11 ədəd artıb və artım 13-ncü həftəyə çıxaraq 2011-ci ildən bu yana ən uzun yüksəliş seriyasını həyata keçirib.

 

Qiymətlər, "Saudi Arabia Oil Co."nun İcraçı direktoru Amin Nasserin, neft bazarının ABŞ-da şist nefti istehsalındakı artıma qarşı tarazlığa yaxınlaşmaqda olduğunu qeyd etməsinə baxmayaraq düşüb.


 
Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bəzi üzvlərinin istehsalın azaldılması müqaviləsinin İyun ayından sonraya da uzadılmasına dəstək verəcəklərini qeyd etməsinin ardından, neftin barel qiyməti 50 dolların üzərində qalır. OPEC-in Çərşənbə günü açıqlanan hesabatına görə, ABŞ-da neft ehtiyatları aşağı düşərkən, ABŞ-dakı rəqibləri şist nefti hasilatını artırırlar.


 
"ABŞ-da neft istehsalçıları hasilatı bazarının proqnozundan daha sürətlə artırır, bu vəziyyət hər keçən gün sürətlənir və bu şirkətlərin istehsalı nə qədər artırma gücünə malik olduğu barədə proqnoz verməyi çətinləşdirir. Əgər OPEC rəhbərliyi altındakı qrup müqaviləni daha altı ay uzadarsa, neft qiymətləri ən azından  50 dolların üzərində qalar"- deyə analitiklər bildirirlər.


 
Bakı vaxtı ilə 8:00 olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 0,8 düşərək bareli 52.75 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 0.7 faiz ucuzlaşaraq bareli 55.47 dollara enib.  

 

0% KREDİTLƏ OFİS MEBELİ!

17.04.2017 06:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ