Yaponiya Mərkəzi Bankı pul siyasətini dəyişdirmədi
Yaponiya Mərkəzi Bankı (BOJ) Donald Trumpın seçki qələbəsindən sonrakı ilk iclasında, iqtisadiyyata dair gözləntisini qaldırdı və pul siyasətini də dəyişdirmədi.
BOJ-un qısa və uzunmüddətli faiz hədəflərini dəyişdirməmək qərarı, Bloomberg-in sorğusuna qatılan 39 iqtisadçının hamısının proqnozu ilə eyni olub.
BOJ, ixracdakı artım, iş dünyası inamındakı yaxşılaşma və istehlakın güclənməsilə ilə mötədil iqtisadi inkişaf trendinin davam edəcəyini təxmin edir. Ancaq inflyasiya gözləntiləri zəifləmə prosesində qalmaqda davam edir, Çin və ABŞ iqtisadiyyatındakı proseslər, Brexit və geosiyasi qeyri-müəyyənliklər iqtisadiyyat üçün risk yaradır.
Trump-ın seçki zəfəri Yaponiyanın pul vahidi Yendə güclü bir ucuzlaşmaya səbəb olub və inflyasiyanın artması üçün əlavə addımların atılması istiqamətində təzyiqləri azaldıb.
İqtisadçıların əksəriyyəti, BOJ Prezidenti Haruhiko Kurodanın vəzifəsinin başa çatacağı Aprel 2018-dən əvvəl, bankın hərəkətə keçməsini gözləmirlər.
Diqqətlər indi, BOJ-un qlobal istiqraz satış dalğası ilə əlaqədar olaraq faizlərdə görülən artımı nəzarət altına almaq istiqamətində atacağı addımlara çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 47 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
4 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
5 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl