Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İlham Əliyev Aran Regional İnkişaf Mərkəzi ilə tanış oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlham Əliyev Aran Regional İnkişaf Mərkəzi ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub.

 

Dövlətimizin başçısı əvvəlcə Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış olub.

 

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına sərgidə nümayiş olunan məhsullar barədə məlumat verdi. Bildirildi ki, sərgidə qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-yə yaxın çeşiddə şərab, çay, meyvə-tərəvəz, mineral sular, şirələr, bal, şirniyyat, tekstil və digər məhsulları nümayiş olunur. Bu məhsullar daxili tələbata yönəldilməklə yanaşı, Avropa, MDB ölkələri, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrə ixrac edilir.

 

Sonra Azərbaycan Prezidenti Aran Regional İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış olub.

17.04.2017 07:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ