Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

250-yə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
250-yə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib

2017-ci ilin I rübündə ümumilikdə 250-yə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikililər və nəqliyyat vasitələri, habelə müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, səhmdar cəmiyyətləri özəlləşdirilmiş, 63 qeyri-yaşayış və torpaq sahəsi icarəyə verilmişdir.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində keçirilmiş 2017-ci ilin I rübünyekunlarına dair müşavirədə bildirilib.

 

Müşavirədə bildirilib ki, elektron kadastr uçotu işləri yekunlaşmış, 12 rayon üzrə məlumatların emal edilməsi, təhlili və bu rayonların ərazilərinin bələdiyyə xəritələrinin hazırlanmasına başlanılmışdır. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 14 rayonun 810 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinə baəlanılmı. Və bu işlər ilin sonunadəktam yerinə yetiriləcəkdir. 2017-ci ildə 14 rayonun bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş 649 min hektara yaxın ərazilərində irimiqyaslı çöl torpaq tədqiqatı işlərinin aparılması nəzərdə tutulur. Respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt formalaşdırılmış, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilmişdir.

 

Respublikada aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Komitə tərəfindən də bir sıra işlər həyata keçirilir. Belə ki, 18 torpaq sahələrinin kateqoriyasının və təyinatının kənd təsərrüfatı məqsədləri üçün dəyişdirilməsi ilə bağlı tədbirlər görülmüşdür. “Aqropark”ların yaradılması məqsədi ilə təyinatı dəyişdirilməsi nəzərdə tutulan 21 rayon üzrə 118.2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilmişdir.

17.04.2017 09:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ