Ən yuxarı statik reklam-3_3

Nazir: “Estoniya bank sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: “Estoniya bank sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

Estoniya bank sektorunda Azərbaycana əməkdaşlıq qurmağı təklif edir. Bu barədə Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korb bəyan edib.

 

“Biz bank sektorunda da əməkdaşlıq qura bilərik. Bu sahə Estoniyada kifayət qədər inkişaf edib. Düzdür, Azərbaycanın bank sektoru ilə tanış deyiləm, lakin deyə bilərəm ki, Estoniyada bu sahə İT texnologiyaların aparıcı qüvvəsidir. Hesab edirəm ki, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialımız var”, - deyə M.Korb  müsahibəsində bildirib.

 

O, İT texnologiyalar sahəsində Bakı ilə Tallin arasında əməkdaşlığı yüksək qiymətləndirib.

 

"Bu gün biz İT sahəsində Azərbaycanla sıx əməkdaşlıq edirik. Yalnız bununla kifayətlənmək istəmirik. Kənd təsərrüfatı, maşınqayırma, energetika, logistika sahələrində əlaqələrin inkişafında maraqlıyıq“, - deyə o vurğulayıb.

 

Nazir xatırladıb ki, aprelin 7-də Bakıda Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair əməkdaşlığın müxtəlif sahələrini əhatə edən protokol imzalanıb.

 

“Komissiyanın yekunlarına dair protokol imzalandı. Sənəddə müxtəlif maddələr var. Konkret olaraq, onlar praktiki əhəmiyyət daşıyırlar. Misal üçün, ASK və ya mallar və ərzaqa nəzarət sahəsində həll olunmayan məsələlər var. Yəni, gələcək 2 il ərzində Komissiyanın növbəti iclasına qədər həll etmək üçün kifayət qədər məsələ var”, - deyə estoniyalı nazir qeyd edib.

 

© İnterfaks-Azərbaycan 

17.04.2017 12:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ