Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Hava Yolları" cari ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq. Bu barədə "Marja"ya AZAL-dan bildirilib.

 

Ciddə Səudiyyə Ərəbistanının iqtisadi paytaxtı, həmçinin Məkkə inzibati rayonunun ən iri şəhəri hesab olunur. Ciddə Beynəlxalq Hava Limanı (JED) turist və zəvvarların əsas tranzit məntəqələrindən biri sayılır.

 

Ciddəyə reyslər həftənin cümə axşamı və bazar günləri biznes və ekonom salonlu, komfortlu Airbus A320 laynerləri ilə yerinə yetiriləcək.

 

Regionda unikal hesab ediləcək Ciddəyə birbaşa reyslər "Azərbaycan Hava Yollarının" digər reysləri ilə rahat calanacaq. Bu, nüfuzlu britaniya agentliyi “Skytrax”in qiymətləndirməsinə əsasən postsovet məkanında ən yaxşı hava limanı adlandırılmış Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə Avropa və MDB ölkələrindən rahat tranzit uçuşlar planlaşdırmaq imkanı verəcəkdir.

17.04.2017 12:53

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ