Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Birjanın əməkdaşları “ağac əkmə” aksiyasında!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birjanın əməkdaşları “ağac əkmə” aksiyasında!

15 aprel 2017-ci il tarixdə “Bakı Fond Birjası” QSC-nin təşəbbüsü və həyata keçirdiyi korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Bakının Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə “ağac əkmə” aksiyası təşkil edilmişdir.

 

İlk olaraq, “Təmiz Şəhər” ASC-nin əməkdaşları bu təşəbbüsü yüksək qiymətləndirmiş, şirkətin fəaliyyəti barədə geniş məlumat vermiş və ətraf mühitin mühafizəsi sahəsində gördükləri işlərdən danışmışlar. BFB-nın İdarə Heyətinin sədri v.i.e. cənab V.Namazov öz növbəsində “Təmiz Şəhər” ASC rəhbərliyinə yaradılmış imkana görə minnətdarlığını bildirmiş və bu qəbildən olan sosial məsuliyyət layihələrinin BFB-də davamlı hal alacağına inandığını qeyd etmişdir.

 

Daha sonra aksiyada iştirak edən BFB əməkdaşları “Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi” zavodunun ərazisində 30-dan çox ağac əkmiş və onlara qulluq etmişdir.

 

Qeyd edək ki, bu aksiya ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, ərazilərin gözəlləşməsi istiqamətində dövlət tərəfindən keçirilən tədbirlərə BFB-nin kiçik bir tövhəsidir.

17.04.2017 12:57

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ