Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft hasilatı 10% azalıb - AZƏRBAYCANDA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft hasilatı 10% azalıb - AZƏRBAYCANDA

 

Bu ilin mart ayında SOCAR tərəfindən 624,8 min ton neft hasil edilib.

 

SOCAR-ın statistik rəqəmlərinə igörə, bu, ötən ilin mart ayı ilə müqayisədə 3,31% az, bu ilin fevral ayı ilə müqayisədə isə 8,43% çoxdur.

 

Bu ilin yanvar-mart aylarında ümumilikdə SOCAR tərəfindən 1 mln. 846,1 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin üç ayı ilə müqayisədə 2,74% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 645,1 min ton, fevral ayında isə 576,2 min ton neft hasil edilib.

 

Bu ilin mart ayında ölkə üzrə 3 mln. 113 min ton neft hasil edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 14,70% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə bu rəqəm 4,61% çoxdur.

 

Bu ilin yanvar-mart aylarında ümumilikdə ölkə üzrə 9 mln. 456,2 min ton neft hasil edilib ki, bu da 2016-cı ilin üç ayı ilə müqayisədə 10% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 367,5 min ton, fevral ayında isə 2 mln. 975,7 min ton neft hasil edilib. 

 

Qaz hasilatını 8%-ə yaxın azalıb

 

Bu ilin mart ayında SOCAR tərəfindən 504,4 min kubmetr qaz hasil edilib.

 

  SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu, ötən ilin analoji ayı ilə müqayisədə 7,92% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə 12,09% çoxdur.

 

Bu ilin yanvar-mart aylarında ümumilikdə SOCAR tərəfindən 1 mln. 462,7 min kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin üç ayı ilə müqayisədə 8,31% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 508,3 min kubmetr, fevral ayında isə 450 min kubmetr qaz hasil edilib.

 

Bu ilin mart ayında bütün ölkə üzrə 2 mln. 201,3 min kubmetr qaz hasil edilib. Bu da 2016-cı ilin mart ayı ilə müqayisədə 14,78% azdır. Bu ilin fevral ayı ilə müqayisədə isə 0,94% azdır.

 

Bu ilin yanvar-mart aylarında ümumilikdə ölkədə 6 mln. 896 min kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin üç ayı ilə müqayisədə 7,70% azdır.

 

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 mln. 472,4 min kubmetr, fevral ayında isə 2 mln. 222,3 min kubmetr qaz hasil edilib. 

 

© APA

17.04.2017 13:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ