“Azercell"dən AÇIQLAMA

“Azercell Telekom” MMC internet xidmətinin istifadəsində yaranmış çətinliklər ilə bağlı açıqlama yayıb.

 

Şirkətdən “Marja”ya daxil olmuş açıqlamada deyilir:

 

“Məlumat üçün bildiririk ki, 17.04.2017-ci il tarixində, saat 12:00-14:15 radələrində “Azercell Telekom” MMC-nin telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün idi. Yaranmış halın aradan qaldırlması üçün təcili tədbirlər görülmüş və qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin edilmişdir”.

17 Aprel 2017, 15:24   
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin