Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

102 milyon manatlıq hədəf müəyyən edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
102 milyon manatlıq hədəf müəyyən edib

“PAŞA Həyat Sığorta” cari ilin sonunadək sığorta yığımlarının həcmini 102 milyon manata çatacağını proqnozlaşdırır. 

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu şirkətin  İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib.

 

O qeyd edib ki, ötən ilki sığorta yığımlarımızın həcmi 77,679 mln. manat təşkil edib ki, bu da 2015-ci il ilə müqayisədə 23,152 mln. manat və ya 42,5% çox olub. Hesabat ilində aktivlərinin həcmi 160 mln. manata, nizamnamə kapitalının həcmi isə 40,250 mln. manata çatıb. Hazırda “PAŞA Həyat” aktivlərinin ümumui həcminə görə bazarın ən iri şirkətidir.

 

Ötən ildə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 45,907 mln. manata sığorta ödənişi edilib. Əvvəliki illə müqayisə etsək ödənişlərimizin həcmində 3 dəfəyədək artım müşahidə olunub.

 

"UNİKAL SIĞORTA MƏHSULU OLACAQ"

 

Niyaz İsmayılov əlavə edib ki, yaxın vaxtlarda həyat sığortası məhsulu ilə bağlı bazara yeni məhsullar təqdim ediləcək: “Bütün bu kimi məsələlər bizim bu ilki prioritet hesabat etdiyimiz işlərimizdən biridir. Düzdür, hazırda müştərilərə şirkətimiz tərəfindən müxtəlif həyat sığortası məhsulları təklif olunur. Amma bazara təqdim ediləcək məhsul əhalinin müvafiq təbəqəsi üçün nəzərdə tutulmuş unikal bir sığorta məhsulu olacaq. Ümid edirik ki, yeni məhsulumuz hər kəs üçün əlçatan olacaq”.

17.04.2017 13:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ