Ən yuxarı statik reklam_3

Çinlilər "Moneygram"ı satın alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çinlilər  "Moneygram"ı satın alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin "Alibaba Group" şirkətinin payı olan və əvvəlcədən "Alipay" adı ilə tanınan "Ant Financial" şirkəti, elektron ödəmə şirkəti "Moneygram" üçün etdiyi təklifi artırıb.

 

"Marja" xəbər verir ki, şirkət içərisindəki mənbələrə görə, çinlilərin ödəməyə hazır olduğu qiymət Amerikalı "Euronet Worldwide" şirkəti tərəfindən edilən təklifin üzərindədir.
 

 

CƏMİ MƏBLƏĞ 1.2 MİLYARD  DOLLARDIR


 
"Ant Financial", daha əvvəl "Moneygram" üçün bir səhminə 13.25 dollar olan təklifini 18 dollar səviyyəsinə qaldırıb. "Ant Financial" və "Moneygram" tərəfindən yayılan birgə açıqlamaya görə, bu, təxminən 1.2 milyard dollar məbləğində bir cəmi məbləğı uyğun gəlir.


İşlərini okeanın o tayına  genişləndirmək istəyən "Ant" üçün "Moneygram"ı satın alması ilk ciddi addım ola bilər. Təxminən 60 milyard dollar qiymət verilən "Ant"  İPO-ya çıxmağı da planlaşdırır.


 
"Ant Financial"ın sədri Daq Feagin, bu satınalmanın qlobal mənada 630 milyon müştəriyə xidmət göstərən  "Ant" üçün çox dəyərli bir həmlə olduğunu bildirib.

 

MİLLİ TƏHLÜKƏSİZLİK QORXUSU


 
 İki şirkət, satınalma prosesini tamamlamaq üçün qanuni razılıqları və ABŞ anti-inhisar orqanının icazəsini gözlədiklərini bildirir. Eyni zamanda satınalama, ABŞ-ın milli təhlükəsizlik riski yaradan xarici satınalmaları araşdıran CFIUS tərəfindən də nəzərdən keçiriləcək.


 
CFIUS daha əvvəl "Aixtron" və "Lattice" kimi texnologiya şirkətlərinin Çin  şirkətləri tərəfindən satın alınmalarına icazə verməmişdi.
 


Yeni prezidentı Trump-ın mövqeləri səbəbilə ticari və siyasi baxımdan gərginliyi artan Çin və ABŞ münasibətlərində, rəsmilər, "Moneygram" satışında "Euronet" təklifini daha uyğun hesab edə və "Ant"ə mane ola bilərlər.
 


 Çinlilər, ötən illərdə ABŞ-ın texnologiya pərakəndə satıcısı "Ingram Micro" və telekommunikasiya şirkəti "Motorola"nı cəmi 9.4 milyard dollar ödəyərək satın almışdılar.

17.04.2017 14:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ