Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz artıb

 

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 83,3 faiz, emal sənayesi üzrə 38,3 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 58,1 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 7,6 faiz bahalaşmışdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Reklam_3_11

 

2017-ci ilin mart ayında fevral ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,7 faiz (xam neft və təbii qaz hasilatı üzrə 8,7 faiz, metal filizlərin hasilatı üzrə 5,7 faiz) ucuzlaşmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,7 faiz bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə sabit qalmışdır.

 

 Ay ərzində emal sənayesində istehsalçı qiymətləri poliqrafiya fəaliyyəti üzrə 9,0 faiz, geyim istehsalı üzrə 6,5 faiz, toxuculuq sənayesi üzrə 4,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 3,8 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,1 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz, ağac emalı və ağacdan məmulatların, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 1,3 faiz, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, tikinti materiallarının istehsalı üzrə 0,3 faiz bahalaşmış, içki istehsalı üzrə 1,8 faiz, kimya sənayesi üzrə 0,8 faiz, neft məhsullarının istehsalı üzrə 0,7 faiz, metallurgiya sənayesi üzrə 0,4 faiz, rezin və plastik kütlə məmulatlarının, kağız və kartonun istehsalı üzrə isə 0,2 faiz ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməmişdir.

17.04.2017 15:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ