Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"United" bu dəfə evlənməyə hazırlaşan cütlüyü təyyarədən endirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"United" bu dəfə evlənməyə hazırlaşan cütlüyü təyyarədən endirib

 

 ABŞ-ın ən böyük hava yolu şirkətlərindən biri olan "United", evlənmək üçün Kosta Rikaya getməkdə olan cütlüyü, "öz kreslolarında oturmadıqları" üçün Hyustonda təyyarədən endirib.

 

Cütlük Maykl Hohlun və Amber Maxwell , təyyarədə 21-ci sırada öz oturacaqlarında başqa bir sərnişinin uzandığını gördüklərindən 21-ci sıradakı boş oturacaqda oturublar.

 

Ancaq 21-ci yerin "Ekonom plus" olduğu üçün kabinə əməkdaşları cütlüyə xəbərdarlıq edərək yerlərinə keçməsini istəyib.

 

Bu xəbərdarlığa reaksiya göstərən cütlük ilə təyyarə əməkdaşları arasında mübahisə yaranıb və bunun ardından kabinə vəzifəliləri cütlüyü təyyarədən endirib.

 

Ertəsi gün başqa bir təyyarəylə yollarına davam etmək məcburiyyətində qalan cütlük, şirkətin bu hərəkətini başa düşmədiklərini və bir daha  "United" hava yollarını istifadə etməyəcəklərini söyləyiblər.

 

ŞİRKƏT QƏRARINI MÜDAFİƏ EDİB

 

"United" hava yollarından edilən açıqlamada isə, həmin kresloların qiymətinin daha çox olduğu, kabinə şəxslərinin xəbərdarlığına baxmayaraq cütlüyün öz kreslolarına keçməməkdə israr etdikləri üçün təyyarədən endirldikləri qeyd olunub.

 

"United" təyyarəsində keçən həftə də analoji hadisə baş vermiş və ictimaiyyətindən çox sərt reaksiya gəlmişdi.

 

Çikaqodan Louisville şəhərinə getmək üçün təyyarəyə minən sərnişinlərdən, artıq bilet satıldığı və bu səbəblə də dörd nəfərin könüllü olaraq enməsi istənmiş, sərnişinlər arasından 800 dollar məbləğində təzminatı qəbul edən könüllü çıxmayınca da, kompüter tərəfindən təyin olunan 4 sərnişinin təyyarədən enməsi istənmişdi.

 

Adı çıxan Devid Dao, təyyarədən düşməyi rədd etdikdə digər sərnişinlərin təəccüblü baxışları arasında təhlükəsizlik əməkdaşları tərəfindən yerdə sürünərək kabinədən çıxarılmışdı. Hadisə zamanı yaralanan Daonun görüntülərinin sosial mediada yayılması "qalmaqal" ortaya çıxmış və "United"ın İcraçı direktoru üzr istəmişdi.

18.04.2017 05:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ