Mobil manşet üstü reklam_21

Neft qiymətləri 50 dolların üzərində qalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri 50 dolların üzərində qalır

Neft qiymətləri, ABŞ-da Çərşənbə günü açıqlanacaq ehtiyatların ardıcıl ikinci həftədə də azalacağı gözləntisi ilə, 50 dolların üzərində qalır.


 
"Marja" xəbər verir ki, Enerji İnformasiya İdarəsinin açıqlayacağı neft ehtiyatları göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, ötən həftə 1.7 milyon barrel aşağı düşməsi gözlənilir.  


 
Neft, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bəzi üzvlərinin hasilatın azaldılması müqaviləsinin İyun ayından sonraya da uzadılmasını dəstəklədiklərini qeyd etmələrinin ardından 53-56 dollar arasında "ralli" edib.

 
 
"Bazar, Orta Şərqdəki gərginlik və OPEC-in hasilatın azaldılması müqaviləsini daha altı ay uzadacağına dair artan etimaddan dolayı sabitdir. ABŞ-da ehtiyatlar azalır, ancaq bu azalma son iki ilin ən yüksək səviyyələrindən baş verir. Həmçinin yeni şist nefti istehsalçılarını cəlb edəcək bir qiymət bölgəsindəyik"- analitiklər bildirir.
 


Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas neft  (WTI), Nymex birjasında 2 sent yüksələrək 52.67 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 7 sent yüksələrək bareli 55.42 dollara çıxıb. Qiymətlər Bazar ertəsi günü 53 sent və ya 1 faiz düşərək 55.36 dollardan bağlanıb.  

18.04.2017 06:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ