Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qlobal internet televiziyası şəbəkəsinin abunəçiləri və gəlirləri artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal internet televiziyası şəbəkəsinin abunəçiləri və gəlirləri artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal internet televiziyası şəbəkəsi "Netflix"in bu ilin ilk rübündə xalis mənfəət və gəlirlərinin artdığı bildirilib.


 
"Marja" "Netflix"dən verilən məlumata istinadən xəbər verir ki, bu ilin ilk rübündəki gəlirin, keçən ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz artımla 2,64 milyard dollar olduğu bildirilib. Şirkətin gəliri 2016-nın ilk üç ayında 1,96 milyard dollar olmuşdu.

Reklam_3_11


 
Şirkətin keçən ilin ilk rübündəki xalis mənfəəti 28 milyon dollarkən, bu ilin ilk üç ayındakı xalis qazancı 178 milyon dollara çatıb.


 
"Netflix"in bir səhminə dividendi ötən ilin ilk rübündə 0,06 dollar olduğu halda, bu ilin müvafiq dövründə 0,40 dollara yüksəlib.


 
YENİ ABONENT SAYINDA ARTIM


 
"Netflix" bu ilin yanvar-mart dövründə dünya üzrə təxminən 4 milyon 950 min yeni abunəçi cəlb edib.

 

 
Sözügedən yeni abunələrin 1 milyon 420 mini ABŞ-dan, 3 milyon 530 mini digər ölkələrdən olub.


 
Beləliklə, "Netflix"in cəmi abunəçilərinin sayı ABŞ-da 50 milyon 851 minə, ABŞ xarici ölkələrdə 47 milyon 895 minə çataraq, 98 milyon 746 min olub.


 
"Netflix", bu ilin aprel-iyun dövründə dünya üzrə 3 milyon 200 min yeni abunəçi cəlb etməyi planlaşdırır. Şirkətin cəmi abunəçilərinin sayının bu ilin ikinci rübünün sonunda 102 milyona yaxınlaşması ehtimal edilir.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

18.04.2017 06:14

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ