Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Qanunsuz kabel televiziyaları ilə bağlı tədbirlər sərtləşdiriləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qanunsuz kabel televiziyaları ilə bağlı tədbirlər sərtləşdiriləcək"

Bakıda çoxmərtəbəli yaşayış binalarında qanunsuz kabel televiziyası yayımı ilə məşğul olan şəxslərlə bağlı lazımi tədbirlər görülür. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

 

Reklam_3_11

N.Məhərrəmli bildirib ki, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi qəbul olunduqdan sonra bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslərə qarşı ciddi tədbirlər görüləcək: “Bilirsiniz ki, “Kabel televiziyaları haqqında” qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsində müzakirə olunub və həmin qanun qəbul olunduqdan sonra qanunsuz kabel televiziyaları ilə bağlı tədbirlər sərtləşdiriləcək”.

 

MTRŞ sədri əlavə edib ki, qanunsuz kabel televiziyaları ilə bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyinə də müraciət edilib.

 

N.Məhərrəmli bildirib ki, əhali də bu istiqamətdə diqqətli olmalı, kabel televiziyalarına qoşularkən onun qanuni olmasını tələb etməlidir.

 

© Trend

18.04.2017 07:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ