Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

"Mərkəzi banklar bazarlara sürpriz etməməlidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mərkəzi banklar bazarlara sürpriz etməməlidir"

ABŞ Mərkəzi Bankı (Fed) sədrinin müavini Stenli Fişer (Stanley Fischer), mərkəzi bankların bazarlara sürpriz etməkdən çəkinməsi lazım olduğunu söyləyib.


 
"Marja" xəbər verir ki, Kolumbiya Universitetində bir tədbirdə çıxış etmiş Fişer, mərkəzi banklar ilə bazarlar arasındakı əlaqə haqqında danışıb.


 
Fişer, bazar aktyorları tərəfindən dəstəklənməməsi halında belə, mərkəzi bankların dəyişən pul siyasətləri çərçivəsində mövqelərini açıqlamaq məcburiyyətində olduqlarını söyləyib.


 
Mərkəzi bankların maliyyə bazarlarna sürpriz etməkdən çəkinməsi lazım olduğuna diqqəti çəkən Fişer, sürprizlərin tez-tez baş verməsi halında isə mərkəzi bankların funksiyanın sual altına alınacağı və bazarlarla mərkəzi banklar arasında əlaqənin axsayacağını ifadə edib.


 
Fişer, Federal Açıq Bazar Komitəsinin (FOMC) iqtisadi mənzərəyə dair fikirlərini və pul siyasəti ilə bağlı dəyişiklikləri bazarla dəqiq şəkildə bölüşərək, Fed-in bazarlarda sürpriz etməyi əngəllədiyini bildirib.


 
İqtisadiyyatda gözlənilməz şokların ortaya çıxması ehtimalına da işarə edən Fişer, bu cür vəziyyətlərdə Fed-in faiz nisbətlərini və pul siyasəti duruşunu hədəfləri istiqamətində dəyişdirməsi lazım olduğunu bildirib.


 
Fişer, Fedin mart ay iclas protokollarında 4,5 trilyon dollarlıq balansını bu ilin sonuna doğru kiçiltməyə başlaya biləcəyinin siqnalını verməsi haqqında da qiymətləndirmə edib.


 
Keçmişlə müqayisədə bazarda risklərin daha az göründüyünü deyən Fişer, yenə də Fed-in balansını kiçiltməyə başlamaq üçün siyasətlər həyata keçirməyə başlayanda FOMC-ın bazarlardakı prosesləri və gözləntiləri diqqətlə izləyəcəyini sözlərinə əlavə edib.

18.04.2017 08:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ