Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dünyada ən çox satılan korporativ istiqrazlar - QRAFİK

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyada ən çox satılan korporativ istiqrazlar - QRAFİK
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyada ən çox korporativ istiqraz satışı 2013-cü ildə 49 milyard dollar məbləğində dünyanın ən böyük komunikasiya texnologiyaları şirkəti olan “Verizon” tərəfindən həyata keçirilib. Həmin istiqrazların illik gəlirliyi 5.15% olub. Elə həmin il məşhur “Apple” şirkəti  də 17 milyard dollar dəyərində istiqraz satıb. Amma “Apple”nin istiqrazlarının gəlirliyi illik 2.4% təşkil edib.

 

Reklam_3_11

İsrailin “Actavis” firması isə 2015-ci ildə 21 milyard dollar dəyərində, gəlirliyi 3% olan  istiqraz buraxıb.

 

İstiqraz buraxılışının həcminə görə, 3-cü yeri Amerikanın telefon və teleqraf şirkəti olan «AT&T» tutur. Şirkət 2015-cı ildə illik 4,5% gəlirliklə 17.5 milyard dollarlıq istiqraz buraxılışı həyata keçirib.

 

Qeyd edək ki, dünya maliyyə bazarlarının inkişaf etməsi, ölkələrin və şirkətlərin iqtisadi vəziyyətinin yaxşılaşması nəticəsində son 20 ildə korporativ istiqrazların faiz həddlərində azalma müşahidə edilib.  1997-ci ildə dünyada hər istiqrazdan orta hesabla 6.97% mənfəət götürmək mümkün idisə, 2016-cı ildə bu göstərici 3.27% təşkil edilib.

  

Xatırladaq ki, istiqrazlar müəyyən müddətə geri ödənilmək şərti ilə sahibinə nominal dəyərin müəyyən faizi nisbətində qazanc təmin edən borc sənədləridir. Korporativ istiqrazlar əsas olaraq maliyyə vəsaiti təmin etmək, müxtəlif layihələri və əməliyyatları icra etmək məqsədi ilə buraxılır.

18.04.2017 09:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ