Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"CDB Bank" ləğv edilərək "AtaBank"a biləşdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
"CDB Bank" ləğv edilərək "AtaBank"a biləşdirilir

“ATABANK” və “CASPİAN DEVELOPMENT (CDB) BANK” ASC-lərin səhmdarlarının Ümumi Yığıncaqlarının qərarlarına əsasən “CASPİAN DEVELOPMENT(CDB) BANK” ASC-nin yenidən təşkil şəklində ləğv edilərək  “ATABANK” ASC-yə qoşulması ilə əlaqədar  Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilmişdir. Bu barədə "Marja"ya "AtaBank"ın mətbuat xidmətindən bildirilib.

 

Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin  qiymətləndirilməsinin  aparılmasına dair  “PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilmişdir.

 

Həmçinin, “ATABANK” və “CASPİAN DEVELOPMENT(CDB) BANK” ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir  bank  tərəfindən  ayrı-ayrılıqda  davam etdiriləcəkdir.

 

“CDB Bank”dan məlumatın doğru olduğunu "Marja"ya təsdiqlədilər:

 

“Birləşdirilmə müddətində müştərilərə layiqli xidmət göstəriləcək. Müştərilərimiz narahat olmasınlar”,- Bankdan bildirildi.

 

KÖVSƏR BANKIN VARİSİDİR

 

“Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi  Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir.  24 sentyabr  2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınmışdır.

 

“Caspian Development Bank (CDB)”ın sahibi “Synergy Group”dur.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

18.04.2017 09:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ