Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft Fondu büdcəyə 1 milyard 525 milyon manat transfer edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu büdcəyə 1 milyard 525 milyon manat transfer edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci ilin yanvar–mart ayları üzrə gəlir və xərclərinə dair məlumat açıqlanıb.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2017-ci ilin yanvar–mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 3 milyard 272,5 milyon manat, büdcə xərcləri isə 3 milyard 847,5 milyon manat təşkil etmişdir. 

 

2017-ci ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 milyard 899,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 milyard  894,4 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 4,6 milyon manat təşkil etmişdir.

 

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 milyon manata bərabər olmuşdur. 

 

Hesabat dövrü ərzində ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 1 milyard 525,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat vəsait ayrılmışdır. 2,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 milyard 279,0 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilmişdir. 2017-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 3,9 milyon manat təşkil etmişdir.

 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 873,9 milyon manat təşkil etmişdir. 

 

2017-ci il aprelin 1-ə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 milyard 147,0 milyon ABŞ dolları) nisbətən 0,18% artaraq 33 milyard 207,2 milyon ABŞ dollarına bərabər olmuşdur. Sözügedən artıma ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən Avro, Rusiya rublu, ingilis funt sterlinqi valyutalarının), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə səhm və qızıl portfellərinin) əhəmiyyətli müsbət təsir göstərmişdir.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

 

18.04.2017 12:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ