Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İxraca dəstək üçün sayt yaradıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İxraca dəstək üçün sayt yaradıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakıda Azərbaycanda istehsal olunmuş məhsulların xaricə ixracına dəstək üçün yaradılmış www.azexport.az portalının təqdimatı keçirilib. Portal İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Portalın baş meneceri Zaur Qardaşov deyib ki, www.azexport.az yaradılarkən ölkədə fəaliyyət göstərən 20-dən artıq logistika şirkəti ilə danışıqlar aparılıb və onlarla razılıq əldə edilib. Onun sözlərinə görə, portalda müştərilərə fasiləsiz xidmət göstərilir:

"Həftənin 7 günü, 24 saat ərzində müxtəlif kommunikasiya vasitələri ilə müştərilərə xidmətlər təklif edilir. Biz həmçinin bəzi sahibkarlara, xüsusən də regionlardan olan iş adamlarına tərcümə xidməti də təklif etmişik. Əgər alıcı ilə satıcı arasında kommunikasiyada problem yaranarsa, sayta inteqrasiya edilmiş "skype" tərcümə xidməti vasitəsi ilə onlara kömək edilir".

 


Azexport.az resursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır. 

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformadır.  

 

Azexport.az dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan nemətlərini planetin bütün nöqtələrində potensial alıcılara əlçatan edir. Bu missiyanı həyata keçirmək üçün, dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri Azərbaycan mallarının daşınması üçün əlverişli şəkildə Azexport.az-a inteqrasiya olunublar. 

 

Azexport.az VİSA, Master Card və American Express kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirilməsini təmin edir.

20.12.2016 08:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ