Ən yuxarı statik reklam_3

"Taksi şirkətlərinə vahid tarif müəyyən etmək absurddur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Taksi şirkətlərinə vahid tarif müəyyən etmək absurddur"

“Taksilərdə “vahid tarif” tətbiq edilməsi iqtisadiyyat prinsiplərinə ziddir. Ümumiyyətlə tələb və təklif əsasında formalaşan rəqabətli taksi bazarında hansısa cədvələ görə qiymət diktə etmək, istehlakçıların cibinə mənfi təsir edəcək”.

 

Bunu “Marja”ya Biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafov bildirib.

 

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin Nazirlər Kabinetinə ünvanladığı “taksilərdə vahid qiymət” təklifi istehlakçıları aldadan taksilərin qabağını ala bilməyəcək, əksinə qiymət artımı ilə müşahidə olunacaq:

 

“Bu gün ölkəmizdə 30 dan çox taksi şirkəti fəaliyyət göstərir. Demək olar ki, hamısı qiymətlərini tələb-təklif əsasında formalaşdırırlar və bazarda seqməntləşirlər. Digər tərəfdən şəhərin bəzi bölgələrində dayanıb, heç bir taksi yönləndirmə sisteminə qoşulmayan sürücələr isə istehlakçı ilə razılıq əsasına görə qiymət bildirib, daşıma xidməti göstəririlər. Əgər taksi sisteminə qoşulmayan bəzi taksilərin keyfiyyətsiz xidmət göstərib, istehlakçıları aldatdığının qarşısı alınması istənilirsə, bunun yolu “vahid tarif” tətbiq etmək olmamalıdır. “Vahid tarif” siyasətinin yerinə dövlət taksi yönləndirmə fəaliyyəti ilə məşğul olan şirkətlərə endirimlər və imtiyazlar versə, bütün günü 1, 2 “yağlı” müştəri götürmək üçün 20 Yanvar, Binə və sairə bölgələrdə fəaliyyət göstərən sürücülər bu sistemlərə üz tutacaq. Sürücülər beləliklə, həm daha çox pul qazanacaqlar, həm də taksi yönləndirmə şirkətləri onların iş prinsipinə nəzarət edəcək”.

 

Nicat Manafov əlavə etdi ki, liberal iqtisadiyyat dövlətin bazara minimum müdaxiləsi əsasında formalaşmalıdır:  “Vahid tarif” bir-başa taksi bazarına müdaxilədir və istehlakçıya fayda verə bilməz! Çünki vahid tarif də qiymətlər dövlətin müəyyən etdiyi minimum və maksimum tariflərə uyğunlaşır. Gəlin etiraf edək ki, bu qiymət və keyfiyyət düsturuna mənfi təsir edən haldır.

 

Əgər vahid tarif cədvəlinə keçilsə taksilər də qiymət artımı və keyfiyyətin aşağı düşməsi qaçınılmazdır”.

18.04.2017 14:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ