Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda “Glenfiddich” adlı qastronomik layihəyə start verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda “Glenfiddich” adlı qastronomik layihəyə start verilib

Təkmayalı Şotlandiya viski brendi olan “Glenfiddich” Bakıda silsilə qastronomik axşamlarına start verib.Layihənin konsepsiyası – “foodpairing”dən ibarətdir. Dünyanın ən titullu təkmayalı viskisi sayılan “Glenfiddich” müxtəlif ölkələrin milli mətbəxləri ilə dequstasiyada bir araya gəlir.

 

Reklam_3_11

Layihə çərçivəsində “Mangal Steakhouse” restoranında ilk Azərbaycan mətbəxiaxşamı təşkil olunub ki, burada qonaqlara baş aşpazdan ənənəvi yeməklərtəklif edilib: basdırma, quzu əti, dondurma və paxlava. Qastronimik set 12, 15 və 18 illik “Glenfiddich” viskisinin müşayiətiə verilib.

 

Tədbirin xüsusi qonağı “Glenfiddich” viskisinin brend səfiri Aleksandr İvçenko olub. O, əsasıalkoqollu içkilər üzrə mahir bilici sayılan Uilyam Qrant tərəfindən qoyulmuş və 1886-cı ildən etibarən Fidik çayının vadisində arpa mayalanması üsulu ilə hazırlanan "Glenfiddich" şotland viskisinin zəngin tarixindən danışıb. Aleksandr, həmçinin sözügedən viskinin yaşlanma prosesi, onun növ müxtəlifliyi və dad qammasına aid bilikləri ilə bölüşüb və bu içkinin yerli mətbəxlə uyğunlaşdırılmasına dair bir neçə məsləhət verib.

 

"Bu gün "Glenfiddich" arpa mayalanması vasitəsilə hazırlanan dünyanın ən titullu şotland viski brendidir. Bu, 126 il ərzində Şotlandiyanın alkoqollu içkilər istehsal edən sonuncu müstəqil müəssisələrinin birinə sahib ailənin peşəkarlığı və mükəmməlliyə can atması nəticəsində mümkün olub. Biz alkoqolun məsuliyyətlə istifadəsinin tərəfdarıyıq və məhz buna görə biz daha çox insanın köhnə spirtlər haqqında məlumatlı olmasını, ayırd edilməsini və istifadə edə bilməsini istəyirik ki, viski həmin köhnə spirtlər arasında artıq öz fəxri yerini tutur", - deyə Aleksandr İvçenko qeyd edib.

 

Tədbir çərçivəsində qonaqlar səfirlə söhbət edib, təkmayalı şotland viskisi olan “Glenfiddich” ilə Azərbaycan mətbəxinin ləziz yeməkləri ilə uyğunliğunu qiymətləndiriblər. Tədbir musiqi proqramı ilə müşayiət olunub – layihənin əsas ideyasını vurğulayan şotland tuluq zurnası ilə Azərbaycan nağarasının sintezi.

18.04.2017 14:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ