Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Expressbank”ın vəziyyəti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Expressbank”ın vəziyyəti məlum oldu

“Expressbank” ASC 2017-ci ilin 1-ci rübünü 2 milyon 636 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, bank 2016-cı ilin 1-cü rübündə 705  min manat zərər, 2016-cı ilin yekunları üzrə isə 439 min manat xalis mənfəət açıqlamışdı. 

 

Reklam_3_11

“Marja” xəbər verir ki, yanvar-mart dövründə Bankın cəmi gəlirləri 10 milyon 77 min manat təşkil edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 26% azdır. Bank 2016-cı ilin 1-cü rübündə 13 milyon 625 min manat cəmi gəlir əldə etmişdi.

 

Bank ötən ilin 1-ci rübündə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına  6 milyon 84 min manat ayırdığından zərər etmişdi. "Expressbank" bu ilin yanvar-mart dövründə 2 milyon 171 min manat əməliyat mənfəətindən başqa, ehtiyatlardan 465 min manat azad edib.

 

AKTİVLƏRİ VƏ KAPİTALI ARTIB

 

31 Mart 2017-ci il tarixinə "Expressbank" 290 milyon 626 min manat cəmi aktivlərə, 145 milyon 620 min manat cəmi öhdəliklərə, 145 milyon 7 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 286 milyon 822 min manat cəmi aktivlərə, 144 milyon 789 min manat cəmi öhdəliklərə, 142 milyon 32 min manat cəmi kapitala malik idi.

 

Bankın maliyyə hesabatları ilə ətraflı buradan tanış ola bilərsiniz.

 

18.04.2017 15:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ