Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Festival çərçivəsində 350 min manatdan çox vəsait alıcılara geri qaytarılıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Festival çərçivəsində 350 min manatdan çox vəsait alıcılara geri qaytarılıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bakı Şopinq Festivalı başladığı gündən indiyə qədər 350 min manatdan çox vəsait Vergilər Nazirliyi tərəfindən alıcılara geri qaytarılıb".

 

Reklam_3_11

Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 

Nazirin sözlərinə görə, bu, ümumi məbləğin 10 faizinin qaytarılması deməkdir: "Ümumi alış dövriyyəsi təxminən 3 milyon 500 min manat artıb. Digər vaxtlara nisbətdə bu rəqəmlər ümidvericidir. Hər hansı çətinliklər yaranan zaman bank mütəxəssisləri, eyni zamanda Vergilər Nazirliyinin əməkdaşları peşəkarlıqla bunu aradan qaldırırlar".

 

Ə.Qarayev bildirib ki, Bakı Şopinq Festivalına maraq hər gün daha da artır: "Nəzərə alsaq ki, festivalın keçirilməsi üçün cəmi 2 ay hazırlıq işləri gördük. Ciddi təbliğat və reklam olmamışdı. Bu onu göstərir ki, festivala böyük maraq var. Ayın sonunda bilinəcək ki, festivalda xaricdən gələn turistlər, yoxsa yerli vətəndaş daha çox pul xərcləyib və alış-veriş edib". 

 

© Report

18.04.2017 15:20

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ