Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycana 5 adda dərman vasitəsinin idxalına QADAĞA qoyuldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana 5 adda dərman vasitəsinin idxalına QADAĞA qoyuldu

Bu il 5 adda dərman vasitəsinin keyfiyyət göstəriciləri dövlət qeydiyyatı zamanı təsdiqlənmiş normativ sənədlərə uyğun olmadığına görə, onların idxalına icazə verilməyib.

Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov bu gün keçirilən mətbuat konfransında deyib.

Reklam_3_11

P.Əzizbəyov qeyd edib ki, əczaçılıq subyektləri ilə iş şöbəsinin müfəttişləri tərəfindən ölkəyə idxal olunan dərman vasitələrindən 27000 seriyadan çox nümunə götürülərək laborator yoxlamaların aparılması üçün Mərkəzin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasına təhvil verilib. Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən il ərzində 28000-ə yaxın dərman vasitəsinin analizi aparılıb. Bunlardan 15000-dən çox dərman vasitəsi müsbət qiymətləndirilib.

P.Əzizbəyov qeyd edib ki, dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə il ərzində 27000-dən çox seriyada dərman vasitəsinin ölkəyə idxalı üçün müraciətlər olub. Onlardan 23000-dən çox dərman vasitələrinin idxalı zamanı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkar olunmamış, 4000-ə yaxın dərman vasitəsinin idxalı zamanı müəyyən uyğunsuzluq müəyyən edilib. 3000-dən çox dərman vasitələrinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ saylı Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanı ilə yoxlamaların aparılmasına məhdudiyyətlər qoyulduqdan sonra ötən il ərzində qanunla müəyyən edilmiş şəkildə 5 aptekdə plandankənar yoxlamalar aparılıb və müvafiq tədbirlər görülərək nəticələri barədə müvafiq səlahiyyətli orqanlara məlumat verilib.

©Trend

20.12.2016 08:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ